az | ru | en
Tibbi Xidmətlər
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
04.09.2020
Şəkər xəstələrində virusa yoluxanda ilkin nadir əlamət yüksək hərarət ola bilər

"Şəkərli diabeti olan xəstələrdə COVİD-19-un klinik əlamətləri, şəkərli diabeti olmayanlarla oxşardır, lakin başlanğıcda hərarətin yüksəkliyi nadir bir klinik əlamət ola bilər. İlk vaxtlar klinik əlamətlər yüngül görülsə də, sonrakı dönəmdə ağırlaşmalar daha çox müşahidə olunur".

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Daxili xəstəliklər kafedrasının həkimi, endokrinoloq Ayan Məmmədova bildirib.

Onun "COVID-19 və Diabetes Mellitus" adlı məqaləsini təqdim edirik: 

Diabetes Mellitus - COVİD-19 xəstələrində ən sıx görülən bir komorbitə və mənfi proqnozun səbəbidir. Şəkərli diabeti olan xəstələrdə COVİD-19-un klinik əlamətləri, şəkərli diabeti olmayanlarla oxşardır, lakin başlanğıcda hərarətin yüksəkliyi nadir bir klinik əlamət ola bilər. İlk vaxtlar klinik əlamətlər yüngül görülsə də, sonrakı dönəmdə ağırlaşmalar daha çox müşahidə olunur. Klinikaya yerləşdirilmənin əsas səbəblərindən biri də infeksiyaya bağlı qlisemik kontrolun pozulmasıdır. Hipoqlisemik və hiperqlisemik hallarda xəstənin vəziyyəti daha tez pisləşir. COVİD-19 olan dibetlərdə pnevmoniyaya bağlı klinik tablonun daha çox medikal müalicəyə refrakter olduğu görülməkdədir. Bu hallarda oksigen dəstəyinə və intensiv terapiya bölümündə xəstələrin izlənməsinə ehtiyac duyulur.

Şəkərli Diabeti olan xəstələrdə SARS-CoV-2 daha çox qlisemik kontrolu pozur. Hiperglisemiyə bağlı olaraq immun cavab pozulur, SARS-CoV-2 replikasiyası kontrol edilə bilmir, proinflamator sitokinlərin ifrazı artar və beləcə diabetin varlığı COVİD-19-da daha pis proqnoza səbəb ola bilir. COVİD-19-lu diabetli xəstələrdə İL-6, C-reaktiv zülal, ferritin və D-dimer serum səviyyələrinin diabeti olmayanlara görə daha yüksək olduğu göstərilmişdir. Bu göstəricilər sitokin ifrazının və tromboza meyilliliyin diabeti olanlarda daha çox olması COVİD-19-da mənfi proqnoza gətirib çıxara bilməkdədir.

Amerika Birləşmiş Statlarında aparılan bir araşdırmada COVİD-19 səbəbi ilə klinikaya yerləşdirilən 5700 xəstədə şəkərli diabetin 33.8% ilə arterial hipertenziya və piylənmədən sonra ən çox rast gəlinən komorbid xəstəlik olduğu bildirilmişdir. Çində yayımlanan 72314 xəstələnmə hallarından diabeti olan xəstələrin daha yüksək mortalitəyə sahib olduqları bildirilməkdədir. Aparılan bir çox araşdırmalardan belə nəticəyə gəlmək olar ki, mortalitə görülən xəstələrin 20%-dən çoxu şəkərli diabeti olanlardır.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.