az | ru | en
Tibbi Xidmətlər
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
01.02.2021
Professor Surxay Musayev ATU-nun Fəxri Fərmanı ilə təltif olunub.
Bu gün əməkdar elm xadimi, əməkdar həkim, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayevin 70 illik yubileyidir. Tibb elmləri doktoru, Əməkdar elm xadimi Surxay Musayev ölkəmizdə tibb elminin inkişafına, xüsusilə uşaq xəstəlikləri ilə mübarizə işinə öz töhfəsini vermiş dəyərli professorlarımızdandır.
ATU rektoru, professor Gəray Gəraybəylinin göstərişi ilə professor Surxay Musayev “Tibbi kadrların hazırlanması sahəsində uzunmüddətli və səmərəli xidmətlərinə görə, nümunəvi əməyinə və universitetin ictimai həyatında fəal iştirakına görə” ATU-nun Fəxri Fərmanı ilə təltif olunub. Fərman ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Cahangir Qasımov və universitetin Təsərrüfat və Təchizat Şöbəsinin müdiri Elçin Əlizadə tərəfindən təqdim olunub.
Professor Surxay Musayev respublika və bir çox xarici ölkələrdə çap olunmuş 150-dən çox elmi əsərin, o cümlədən dərs vəsaitlərinin, metodik tövsiyyələrin və monoqrafiyanın müəllifidir. Uşaq revmatologiyası üzrə tanınmış mütəxəssis kimi respublikada bu tibbi xidmət sahəsinin daha da təkmilləşdirilməsi üçün bütün güc və biliyini sərf edir. 2010-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılmış Azərbaycan Tibb Universiteti Tədris Terapevtik Klinikasının direktoru vəzifəsinə təyin olunub. 2000-ci ildə Respublika Prezidentinin Sərəncamı ilə “Əməkdar həkim”, 2010-cu ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
Əməkdar həkim S.Musayevi 70 illik yubileyi münasibətilə ATU-nun rəhbərliyi və bütün kollektivi adından təbrik edir, ona yeni nailiyyətlər və möhkəm cansağlığı arzulayırıq.
Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.