az | ru | en
Tibbi Xidmətlər
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
10.02.2021
ATU Tədris Terapevtik Klinikasında 2020/21-ci tədris ilinin ikinci semestrində təhsilin başlamasıyla bağlı toplantı keçirildi.
ATU Tədris Terapevtik Klinikasında 2020/21-ci tədris ilinin ikinci semestrində təhsilin başlamasıyla bağlı toplantı keçirildi
 
Bu gün ATU Tədris Terapevtik Klinikasında fevral ayının 15-dən tədrisin əyani olaraq başlamasıyla əlaqədar olaraq toplantı keçirildi.
Öncə çıxış edən klinikanın direktoru prof. Surxay Musayev klinikanın normal iş fəaliyyətinə və əyani təhsilə başlamasıyla bağlı klinika əməkdaşlarını məlumatlandırdı.
Profesor Surxay Musayev: "Hər zaman ölkə vətəndaşlarının sağlamlıqlarının qayğısına qalan ATU Tədris Terapevtik Klinikası dünyanı cənginə almış COVİD-19 pandemiyasının ölkəmizdə də yayılması ilə əlaqədar olaraq 2020-ci ilin mart ayının ikinci yarısından etibarən "Pandemiya klinikası" kimi koronaviruslu xəstələri qəbul etməyə başladı. Bu mühüm missiyanı layiqincə yerinə yetirən klinikamızın kollektivi, daha sonra 44 günlük müqəddəs Vətən müharibəsi dövründə də bütün səy və bacarığını səfərbər edərək, ön cəbhədə döyüş zamanı yaralanmış hərbçilərimizin müalicəsi və reabilitasiyası ilə məşğul olmağa başladı. Daha sonra noyabr ayında COVİD-19 xəstələrinin sayı sürətlə artmağa başlaması səbəbilə Nazirlər Kabinetinin Qərarı ilə klinikamız yenidən koronaviruslu xəstələrin müalicəsi işinə qoşuldu. Ancaq biz son günlərdə yoluxmanın azalmasıyla bağlı ölkəmizdə müsbət dinamika müşahidə edirik. Klinikamızda da artıq koronaviruslu xəstələrin olmadığını nəzərə alaraq, biz müvafiq rəhbər orqanların razılığı ilə, tibbi-gigiyenik, epidemioloji qaydalara ciddi əməl etməklə fevral ayının 10-dan etibarən normal iş fəaliyyətinə, fevral ayının 15-dən isə dərslərin əyani keçirilməsinə başlayırıq. Hamınıza işlərinizdə uğurlar arzulayıram"  
Daha sonra Azərbaycan Tibb Universitetinin Tədris şöbəsinin müdiri dosent Samir Cavadov əyani təhsilin başlanılmasıyla bağlı çıxış edərək müşavirə iştirakçılarını qəbul edilmiş protokola uyğun qaydalarla məlumatlandırdı. İş fəaliyyətinin və əyani təhsilin başlamasıyla əlaqədar olaraq klinikanın tam dezinfeksiya olunduğunu da diqqətə çatdıran prof. Surxay Musayev müzakirə olunan məsələlərlə bağlı tövsiyyələrini verdi. 
Sonda həkimlərin və klinika əməkdaşlarının sualları cavablandırıldı və qarşılıqlı müzakirələrlə toplantıya yekun vuruldu.
Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.