az | ru | en
Tibbi Xidmətlər
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
17.02.2021
ATU-nun Tədris Terapevtik Klinikasında toplantı keçirildi

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında tibb bacılarının gələcək fəaliyyət proqramını müzakirə etmək, iş prosesinin daha da təkmilləşdirilməsi məqsədilə toplantı keçirilib.
Toplantıda klinikanın yenidən normal iş fəaliyyətinə başlamasıyla əlaqədar olaraq tibb bacılarının iş qrafiki, qarşıda duran məsələlər müzakirə edilib.Klinikanın direktoru, professor Surxay Musayev və direktorun müalicə işləri üzrə müavini Fəridə Hacıyeva tərəfindən tibb bacılarının sualları cavablandırılıb.Sonda toplantı iştirakçılarına müvafiq tapşırıq və tövsiyələr verilib.

Qeyd edək ki, klinika ötən ilin mart ayından etibarən ölkədə koronavirusla mübarizə çərçivəsində pandemiya klinikasına çevrilib və fəaliyyətini bu istiqamətdə təşkil edib. 2021-ci il 10 fevral tarixindən etibarən klinika yenidən normal iş fəaliyyətini bərpa edib.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.