az | ru | en
Tibbi Xidmətlər
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
17.02.2021
ATU-nun Tədris Terapevtik Klinikasında əyani təhsilin başlamasıyla əlaqədar toplantı keçirildi.
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında tədris prosesi və müalicə işinin daha da təkmilləşdirilməsi məqsədilə toplantı keçirilib.
Tədbirdə klinikanın Pediatriya, Terapiya, Endokrinologiya, Nefrologiya, Kardiologiya, Revmotologiya, Qastroenterologiya, Nevrologiya, Şüa diaqnostika, Reanimasiya, Fizioterapiya və Hematologiya şöbələrinin həkim-rezidentləri iştirak ediblər.
Toplantıda fevral ayının 15-dən əyani təhsilin başlamasıyla əlaqədar olaraq həkim-rezidentlərin vəzifələri, öhdəlikləri, rotasiyaların bölünməsi, seminarların təşkili və digər məsələlər müzakirə olunub.
Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev, ATU-nun Rezidentura şöbəsinin müdiri, professor Nailə Sultanova, direktorun müavini Samir Allahverdiyev və direktorun müalicə işləri üzrə müavini Fəridə Hacıyeva tərəfindən həkim-rezidentlərin sualları cavablandırılıb.
Qeyd edək ki, 2021-ci il 15 fevral tarixindən etibarən klinikada əyani təhsil bərpa edilib.
Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.