az | ru | en
Tibbi Xidmətlər
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
00.00.0000
ATU-nun klinikasında COVID-19-la bağlı konfrans keçirilib

Mayın 25-də Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında konfrans keçirilib. Tədbiri klinikanın direktoru, pofessor Surxay Musayev açaraq, ölkəmizdə qonaq olan Türkiyənin Qazi Universitetinin professorlarını və konfrans iştirakçılarını salamlayıb.

 
 O, ATU ilə Qazi Universiteti arasındakı əlaqələrdən, o cümlədən tələbə mübadiləsindən, rezidentlərimizin keçdiyi praktik təcrübədən danışıb. Bildirib ki, pandemiya dövründə başqa universitetlər rezidentləri qəbul etmədiyi halda, Qazi Universiteti rezidentlərimizi qəbul edib və onların təhsil almasına şərait yaradıb. Buna görə Klinikanın direktoru Universitetin nümayəndələrinə təşəkkür edib. Konfransın COVID-19-la bağlı olduğunu diqqətə çatdıran S.Musayev, sözü adıçəkilən universitetin Tibb fakültəsinin dekaını, professor Mustafa Necmi İlhana verib.O, “Dünyada və Türkiyədə COVID-19 pandemiyası və onun səhiyyə sisteminə təsiri” mövzusunda geniş çıxış edib. Natiq COVID pandemiyası ilə bağlı hazırda dünyadakı vəziyyət, bu bəlanın özü ilə gətirdiyi fəsadlar, eləcə də ölkələrin iqtisadiyyatlarına vurduğu ziyanlarla bağlı iştirakçılara ətraflı məlumat verib.
 
 Sonra Qazi Universitetinin Tibb elmləri fakültəsinin dekanı, professor Bülənt Elbasan pandemiya müddətində insanların fiziki aktivliyinin aşağı düşməsinin təhlükəli tərəfləri barədə danışıb. O, müxtəlif yaş qrupları arasında aparılan təcrübə və nəticələrlə bağlı fikirlərini bölüşüb.
 
 Sonda ATU-nun II Daxili xəstəliklər kafedrasının assistenti Könül İsmayılova “COVID-19 pandemiyası – Azərbaycan Tibb Universitetinin təcrübəsi” mövzusunda çıxış edib. K.İsmayılova pandemiya dövründə həkimlərin və xəstələrin davranışları, tibb işçilərinin göstərdiyi fədakarlıq, keçirilən təlimlər və digər məqamlarla bağlı fikirlərini bölüşüb. İştirakçılar tərəfindən maraqla qarşılanan məruzələrdən sonra konfrans öz işini müzakirələr və sual-cavab əsnasında yekunlaşdırıb.
Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.