az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
07.10.2015

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında bu il qəbul olmuş rezidentlərlə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan Tədris Terapevtik Klinikanın direktoru, professor Surxay Musayev Universitet və Klinika rəhbərliyi adından rezident adını qazanmış gənc həkimləri təbrik edib. Onların peşəkar kadr kimi yetişməsi üçün ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yaradılan klinikada mövcud olan imkanlardan söz açıb. Klinikanın Ürək-Damar Mərkəzininin poliklinika, angioqrafiya laboratoriyası və stasionar bölmələrində, Reanimasiya və İntensiv Terapiya şöbəsində,  Şüa diaqnostikası şöbəsinin Kompüter-tomoqrafiya, Rentgen, Ultrasonoqrafiya bölmələrində, Mərkəzi Laboratoriyada qurulan ən müasir cihaz və avadanlıqları, yaradılan şəraiti xüsusi vurğulayan direktor Klinikada quruculuq işlərinin davam etdiyini bildirib. Universitet rektorunun sərəncamı ilə terapevtik şöbələrin profilləşdirildiyi, ATU tarixində ilk dəfə olaraq Qan bankının və ölkədə ən ağır xəstələri qəbul edən Hematologiya şöbəsinin yaradıldığı qeyd edilib. Məhz bu şöbənin yaradılmasından sonra bu il ilk dəfə olaraq klinika hematologiya ixtisası üzrə rezidentlər qəbul edib. Şöbənin nəzdində "Sümük iliyi və Kök hüceyrə Transplantasiya bölməsi"nin qurulmaqda olduğunu və ən mürəkkəb əməliyyatlardan sayılan sümük iliyi köçürülməsi əməliyyatına start veriləcəyini vurğulayan Surxay Musayev bunun üçün Klinikanın həkim heyətinin hazırda Türkiyənin nüfuzlu universitet və xəstəxanalarında təcrübə keçdiyini söyləyib. Direktor ATU-nun təcrübəli professor-müəllim heyətinin, xaricdə uzmanlıq təhsili almış və kurs keçmiş gənc həkimlərin rəhbərliyi ilə rezidentlərin bu imkanlardan yararlanmaqda sərbəst olduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Azərbaycan Tibb Universitetinin Rezidentura şöbəsinin müdiri dosent Rizvan Məmmədov rezidentləri təbrik edib, rezidentura təhsilinin təşkili qaydaları haqqında  geniş məlumat verib.

Universitetin Elmi işlər üzrə prorektoru professor İbrahim İsayev rezidentlərin elmi araşdırmaları üçün yaradılan imkanlardan, ATUREK elmi toplantıları çərçivəsində çap olunan elmi işlərindən danışıb, yeni rezidentləri elmi işlərdə aktiv olmağa çağırıb. Beynəlxalq əlaqələr üzrə prorektor dosent Rəhimə Qabulova da öz növbəsində rezidentlərə xarici ölkə universitetlərində rotasiyalar üçün müraciət qaydalarını izah edib, ötən il 100-dən çox rezidentin ATU-nun müqaviləsinin olduğu 50-dən çox xarici universitetdə kurs keçdiyini bildirib.

Tədbirin sonunda Tədris Terapevtik Klinikanın baş həkimi dosent Ramin Bayramlı rezidentlərə onların klinikanın müalicə işlərində rolu və növbələrlə bağlı məlumatlar verib, texniki məsələlərə dair sualları cavablandırıb.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.