az | ru | en
Tibbi Xidmətlər
Son elanlar
ƏZİZ VALİDEYNLƏR!
Azərbaycanın aparıcı uşaq həkimləri, professorlarımız -...
Assit.prof. Enes Elvin Gül 20-27 may tarixlərində Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Aritmiya xəstəliyindən əziyyət çəkən xəstələri qəbul edəcəkdir.
  Qəbula yazılmaq üçün - 050 304 07 67...

04.05.2017-ci il tarixdə 11:30-da Tibbi İnformasiya Mərkəzində...
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Direktor

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının direktoru, professor Hüseyn Həsən oğlu Qabulov

Hüseyn Həsən oğlu Qabulov Bakı şəhərində anadan olub. 1982-ci ildə orta məktəbi bitirib. 1988-ci ildə Azərbaycan Tibb İnstitutunun pediatriya fakultəsini bitirdikdən sonra təyinatla həkim-pediatr vəzifəsində çalışıb. 1999-cu ildə ATU-nun II Uşaq xəstəlikləri kafedrasına pediatriya ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 2002-ci ildə namizədlik, 2010-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2011-ildən Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının tibb üzrə Ekspert Şurasının üzvüdür. H.Qabulov 2011-ci ildən Tədris Terapevtik Klinikasının II Pediatriya şöbəsinin müdiri, 2016-cı ilin aprel ayından ATU-nun Elmi katibi, 2016-cı ilin noyabr ayından isə ATU-nun Tədris Terapevtik Klinikasının direktoru təyin olunmuşdur. Professor H.Qabulov müxtəlif ölkələrdə elmi konqreslərin işində məruzəçi kimi iştirak etmiş, bir sıra beynəlxalq və elmi cəmiyyətlərin, o cümlədən Azərbaycan Allerqoloq, İmmunoloq və İmmunoreabilitoloqlar Elmi Cəmiyyətinin üzvüdür. 200 dən artıq elmi işin müəllifidir. Elmi və praktiki sahəsi – uşaqlarda allergik (bronxial astma, allergik rinit, atopik dermatit, övrə, dərman allergiyası və s.), bronx-ağciyər, immun sisteminin və digər xəstəliklərin yayılması, müayinə, müalicə və profilaktikası problemləridir. 

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.