az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Elanlar
19.03.2018
“ÜMUMDÜNYA BÖYRƏK GÜNÜ”nə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin “Nefrologiyanın inkişafına yardım” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Böyrəklərin və qadınların sağlamlığı şüarı altında “ÜMUMDÜNYA BÖYRƏK GÜNÜ”nə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək.

Konfrans 09 mart 2018-ci il tarixində saat 15.00-da Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında keçiriləcək. (ünvan: Mərdanov qardaşları, 100)

Konfransın proqramını diqqətinizə çatdırırıq.

15.00 -Qeydiyyat
15.15 -Konfransın açılışı

15.20 -Prof. Agayev M.M. -AR Səhiyyə Nazirliyinin Baş Nefroloqu, ATU-nun Terapevtik və Pediatrik Propedevtika kafedrası, TTK-nın Nefrologiya və Efferent Terapiya Mərkəzinin rəhbəri, Tüfd Babayev F.H. -M.Cavadzadə adına RKUX-un Hemodializ şöbəsinin müdiri -Azərbaycanda Böyrək əvəzrdici terapiyanın 2017-ci il registri.

15.30 -Dos. Bəylərov R.O., ATU-nun elmi işlər üzrə prorektoru, Tüfd Hacıyeva M.R. -Xronik qlomerulonefriti olan azərbaycanlı uşaqlarda nefrin (NPHS1) və podosin (NPHS2) genlərində polimorfizmlərin heterogenliyi.

15.40 -Prof. Sərdarlı F.Z. -Ə. Əliyev ad.ADHTİ-nun Nefrologiya kafedrasının müdiri, dos. Həsənova M.Q., ass. Cabbarov Ş.M., dos. Bəxtiyarova L.B., rez. Tahirova X. -Diabet Nefropatiyasının mikroalbuminuriya dövründə böyrəklərin funksional vəziyyəti.

15.50 -Prof. Həmidov İ.M. - Ə. Əliyev ad.ADHTİ-nun Hemodializ laboratoriyasının müdiri, Calalov M.R. –Klinik Tibbi Mərkəzin Hemodializ şöbəsinin müdiri -Hemodializ zamanı seçimli ultrafiltrasiyanın tətbiqinin əhəmiyyəti.

16.00 -Prof. Həsənov Ə.B. –ATU-nun Pataloji anatomiya kafedrasının müdiri, ass. İbişova A.V. -Lipopolisaxarid endotoksinin təsirindən böyrəklərdə baş verən patomorfoloji dəyişikliklərin xüsusiyyətləri.

16.10 -Ass. İsmayılova Ş.Q. –Hiperurikemiya müşahidə edilən böyrək xəstəliklərinin müalıcəsində Adenurikin tətbiqi təcrübəsi.

Müzakirə
Yekun
Çay/Kofe

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.