az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Elanlar
09.03.2018
Rezidentlərimizin çoxsaylı xahişlərini nəzərə alaraq, ATUREK 6 üçün tezislərin qəbulunu 15.03.2018 tarixinə qədər uzadıldı.

Bütün klinik bazaların rezidentlərini və elmi rəhbərləri ATUREK 6-da fəal iştirak etməyə dəvət edirik. ATUREK 6 müddətində keçiriləcək treninglərin proqramı və qeydiyyatı aprel ayında olacaq.
Tezislər aşağıdakı qaydalara əməl etməklə tərtib edilməlidir:
• 300 sözdən çox olmayan həcmdə (başlıq istisna olmaqla);
• Times New Roman 14 (AZ) şriftində;
• Azərbaycan, rus və ya ingilis dilllərində;
• Tezisin bəndləri və onların ardıcıllığı:
o tezisin başlığı;
o tezisin müəllifləri, işin rəhbəri;
o tezis müəlliflərinin çalışdığı müəssisə;
o açar sözlər;
o giriş;
o tədqiqatın məqsədi;
o material və metodlar;
o nəticələr (bu bölmədə ½ səhifədən böyük olmayan cədvəl və ya şəkil verilə bilər);
o müzakirə.

Tezislər konfransın katibliyinə təqdim olunmalıdır.
Tezislər (çap olunmuş və elektron variantda) 15.03.2018-ci il tarixinə qədər, saat 08:30-16:30 arasında, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının V mərtəbəsində II pediatriya şöbəsində qəbul edilir. Müəlliflərdən telefon nömrələrini təqdim etmələri xahiş olunur. Əlaqə nömrələri: mobil 0503153671; iş 012 441 33 18 .E-mail: aturek6@gmail.com

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.