az | ru | en
Medical Services
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Online Test Results
Our Doctors
Questions and Answers
Appointment
News
15.02.2019
Rezident xəstənin kliniki təhlilini aparıb.

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında xəstə təhlili ilə bağlı növbəti müzakirə aparılıb. Pediatriya ixtisası üzrə IV kurs rezidenti Samirə Nəsibova mövzuya uyğun olaraq aktiv D vitamininin əsas funksiyaları haqqında məlumat verərək bildirib ki, raxitin əmələ gəlməsinin əsas səbəbi D vitamininin endogen və ekzogen defisitidir: “Kalsium və fosforun orqanizmə kifayət qədər daxil olmaması uşaqların inkişafının zəifləməsinə səbəb olur. Orqanizmə qida ilə daxil olan D vitamini qaraciyər və böyrəkdə dəyişikliyə uğrayır, 1,25 dihidroksi vitamin D əmələ gəlir, o hormona bənzər fəaliyyət göstərir. Bağırsağın hüceyrələrinin genetik aparatına təsir edərək, Ca bağlayıcı və onun transportunu təmin edən zülal sintezini artırır”.

Bundan sonra klinikanın uşaq pulmonologiya, allerqologiya və endokrinologiya şöbəsində “Vitamin D rezistent Raxit tip 2” diaqnozu ilə müalicə olunan 18 aylıq oğlanın üzərində aparılan kliniki təhlilin nəticələrini diqqətə çatdıran S.Nəsibova qeyd edib ki, bu tip xəstələrdə sinir, əzələ əlamətləri ilə yanaşı kəllə sümüklərində kraniotabes, sümüklərin yumşalmasından başın arxa hissəsinin yastılaşması əlamətləri də görünür, bu səbəbdən böyük əmgəyin bağlanması gecikir. Döş qəfəsində, ətraflarda aydın deformasiyalar nəzərə çarpır. Daxili orqanlarda funksional pozulmalar müşahidə edilir.

S.Nəsibova yeriyə bilməmə şikayəti ilə qəbul olunan xəstənin ortoped müayinəsi zamanı ikitərəfli bud başı sümüyünün formalaşmaması total alopesiya ağır fiziki inkişaf ləngiməsi səbəbi ilə müayinəyə göndərildiyni bildirib. Eyni zamanda xəstənin fiziki göstəricilərini qiymətləndirmək məqsədilə  fiziki və laborator, həmçinin genetik müayinəyə də cəlb olunduğunu deyib. Genetik nəticəyə əsasən, xəstədə aşkarlanan əlamətləri indiyə qədər ədəbiyyatlarda rastlanmayan yeni vdr gen mutasiyası kimi səciyyələndirib. Yeni vdr gen mutasiyasının aşkarlandığını, xəstənin diaqnozunun ilk olaraq klinikamiz tərəfindən təsdiqləndiyini söyləyib.

O, xəstəliyin yeganə müalicəsinin vitamin D-nin aktiv metoboliti sayılan kalsitriolla həyata keçirildiyini bildirərək 3 aylıq müalicə müddətində Ca, P səviyyəsində artımın, ALP, PTH səviyyəsində azalmanın, xəstədə bud sümüyü başının formalaşmaqda olduğunun, 2 sm boy artımının müşahidə edildiyini müsbət hal kimi dəyərləndirib.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.