az | ru | en
Медицинские услуги
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Результаты лабораторных анализов
Наши врачи
Вопросы и ответы
Запись к врачу
Новости
23.06.2016
“Mən oruc tuta bilərəmmi?” – Şəkər xəstələri üçün həkim MƏSLƏHƏTİ

Daxili xəstəliklər kafedrasının dosenti, terapevt-endokrinoloq Əjdər Quliyev oruc tutmağın faydaları ilə bağlı Klinikanın mətbuat xidmətinə müsahibə verib.

O bildirib ki, oruc tutmağın orqanizmə çox müsbət faydaları var:

“Amma insanlar orucluq zamanı bir sıra qaydalara əməl etməlidirlər. Mən elə insanlar tanıyıram ki, o bütün aylarda yemədiklərinin əvəzini məhz orucluq ayında çıxmağa çalışır. Özü üçün xüsusi təamlar düzəldir və orucunu açdıqdan sonra hazırlanan qidaları yatanacan qəbul edir. Bu insan orqanizmi üçün çox zərərlidir. Yadda saxlamaq lazımdır ki, orqanizm daima işlək mexanizm funksiyasini yerinə yetirir. İnsan miqdarından artıq yeyəndə də mədə yüklənir və o narahat olur.

“Oruc tutmağa hansı xəstəliklərdə icazə verilmir” sualına isə terapevt-endrikonoloq belə cavab verib:

“Oruc tutmaq şəkərli diabet xəstələri üçün xüsusilə, II tip şəkər xəstəlikləri müşahidə olunan insanlar üçün qəbulolunmazdır.  Çünki bu tip xəstələr gün ərzində ac qalaraq, gecə bunun əvəzini çıxmağa və nəticədə daha çox qida qəbuluna başlayır. Bu zaman həmin xəstədə şəkərin  tənzimlənməsində heç bir nəticə əldə olunmayacaqdır”.

Şəkərli diabetin yüngül, orta və ağır formaları mövcuddur:

“Ağır formada şəkər xəstələrinə dərman tənzimləmək çətin olduğu üçün onların oruc tutması məsləhət görülmür.

Yüngül formada şəkər xəstəliklərində isə müəyyən pəhrizlə şəkəri kompensasiya etmək mümkün olduğu üçün onlar oruc tuta bilərlər. Amma ağır dozada insulin ineksiya olunan şəkər xəstələri zamanla əlaqədar olaraq dərman preparatı qəbul etdikləri üçün bu insanların oruc tutması məsləhət görülmür. Belə insanlar özlərinə əzab vermiş olarlar.

Şəkər xəstəliyində bir deyim var: “Ağıllı adam hər şeydən istifadə edə bilər”. Amma bu xəstələr bu sözü tamam başqa formada başa düşürlər, sanki istədikləri qidaları qəbul etməkdə azaddırlar. Hər bir təamı miqdarında qəbul etmək lazımdır. Ona görə də oruc tutan yüngül  formalı şəkər xəstələri çox diqqətli olmaldırlar.

Bəzi insanlar  var ki, onlar oruc tutanda da tələb olunan qaydalara əməl etmirlər. Gündüz yeməyini də gecəyə keçirir və bütün gecəni yemək yeməklə məşğul olur. Nəticədə belə insanların mədə-bağırsaq sistemində problemlər ortaya çıxır. Hətta orucu açanda da hər kəsin bilməsi vacib olan şeylərdən biri də budur ki, həmin insan birdən-birə çoxlu miqdarda su içməməlidir. Bu orqanizm üçün də təhlükəli ola bilər və o insan özünü narahat hiss edər”.  

Son olaraq onu da qeyd edim ki, əgər bir insan hansısa bir xəstəlikdən əziyyət çəkirsə ona məcburiyyət yoxdur ki, həmin şəxs oruc tutsun. Əksinə həmin insan orqanizminə əzab verər və onun tutduğu oruc da batil sayılar.

 

 

 

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.