Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /home/clinica/public_html/conf.php on line 11

Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/clinica/public_html/php_injections.php on line 90

Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası
az | ru | en
Медицинские услуги
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Результаты лабораторных анализов
Наши врачи
Вопросы и ответы
Запись к врачу
Новости
05.07.2016
Surxay Musayev:"Cari ilin yanvar-iyun ayları ərzində professor-müəllim heyəti çox yüksək səviyyədə çalışıblar"

Bu gün Klinikamızda Tibbi Şuranın I yarımilə həsr olunmuş yekun iclası keçirilib.

İclası giriş sözü ilə açan Klinikanın direktoru, professor Surxay Musayev Klinika əməkdaşlarını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, Allah-taaladan onların ibadətlərinin və dualarının qəbul olunmasını diləyib.

S.Musayev eyni zamanda bu yaxınlarda yubileylərini qeyd edən Daxili xəstəliklərin propedevtikası kafedrasının professoru Cəbrayıl Məmmədovu və Klinikanın Fizioterapiya bölməsinin müdiri, dosent Paşa Mehdiyevi təbrik edib, onlara can sağlığı və işlərində müvəfəqiyyətlər arzulayıb.

Daha sonra baş həkim, dosent Ramin Bayramlı Klinikanın 2016-cı ilin I yarımili ərzində müalicə-diaqnostik fəaliyyətlə bağlı hesabatı şura üzvlərinin diqqətinə çatdırıb .

R. Bayramlı cari ilin yanvar-iyun aylarının müqayisəli diaqramını diqqətə çatdıraraq qeyd edib ki, bu müddət ərzində xəstə sayının qəbuluna görə ən çox kardiologiya, endokrinologiya, hematologiya şöbələri fərqlənib. Bu da ilk növbədə Klinikamıza olan yüksək etimadın və peşəkar həkim kollektivimizin birgə səyinin nəticəsidir. .

Baş həkim bildirib ki, Klinikada fəaliyyət göstərən ürək-damar mərkəzi ölkəmizdə bütün kardioloji proseduraları həyata keçirən yeganə mərkəzdir.

Hematologiya şöbəsindən danışan baş həkim qeyd edib ki, bu şöbə universitetimizin tarixində ilk dəfə olaraq Klinikamızda yaradılıb.
Bu şöbə bu ildən etibarən təhsil üçün rezidentlərin qəbuluna başlayıb və yüksək səviyyədə onların hazırlanması prosesini davam etdirir.
Reanimasiya və İntensiv terapiya şöbəsinin bu yarım il ərzində çox ağır xəstələr qəbul etdiyini söyləyən baş həkim bildirib ki, bura daxil olan xəstələr peşəkar həkimlərin səyi nəticəsində sağlamlıqlarına qovuşublar və bu barədə də ölkə mətbuatında informasiyalar dərc olunub.

Daha sonra baş həkim Klinikanın əməkdaşlarının il boyu beynəlxalq konfranslarda və simpoziumlarda iştirak etdiyini də deyib.
ATU Rezidentlərinin 4-cü Elmi-təcrübi Konfransının (ATUREK) yüksək səviyyədə keçirilməsi və onların istər poster sayına, istərsə də elmi işlərinin keyfiyyətinə görə seçilməsindən hər kəs xəbərdardır. Onlar bu işi peşəkar səviyyədə həyata keçirdiklərinə görə Universitet rəhbərliyi tərəfindən yüksək şəkildə qarşılandı və təqdir olundu.

Baş həkim onu da qeyd edib ki, Klinika rəhbərliyi daima həkimləri və tibb bacılarını müxtəlif yerlərə təcrübə keçmələri üçün göndərir. Bu da o səbəbdəndir ki, şöbələrimizdə günü-gündən xidmət sahələrimiz zənginləşir və mütəxəssislərimizin ən son yeniliklərdən xəbərdar olması da bizim əsas prioritet məsələlərimizdən biridir.

İclası yekun sözü ilə bitirən S. Musayev qeyd edib ki, 2016-cı ilin yanvar-iyun ayları ərzində professor-müəllim heyəti çox yüksək səviyyədə öz işlərini həyata keçiriblər.

Kliinikanın bu günə qədər ən ağır vəziyyətdə olan xəstələri qəbul etdiyini vurğulayan direktor bildirib ki, hətta ən ucqar rayonlardan belə bizə etimad göstərib gələn yetərincə insanlar var və həkimlərimiz də çalışır ki, bu insanların Klinikaya olan inamlarını doğrultsunlar və onları tam sağlam şəkildə öz isti ocaqlarına göndərsinlər. Bu bizim 6 il ərzində qazandığımız imicdir və burda çalışan hər kəsin bu missiyanı qorumaq onların üzərinə düşən əsas vəzifələrdən biridir.

S. Musayev Səhiyyə nazirliyinin 65 saylı əmrinə də xüsusi diqqət çəkərək bildirib ki, artıq bu ildən etibarən Klinikada da Hepatit (B, C) və QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) ilə bağlı analizlərin mütləq həyata keçirilməsinə başlanılacaq. Bu istiqamətdə də çox ciddi şəkildə işlər görülür və sadə üsulla bu infeksiyaların olub-olmadığı Klinikaya daxil olan hər kəsdə yoxlanılacaq.
İclas işini cari məslələrin müzakirəsi ilə yekunlaşdırıb.

Bu gün Klinikamızda Tibbi Şuranın I yarımilə həsr olunmuş yekun iclası keçirilib.

İclası giriş sözü ilə açan Klinikanın direktoru, professor Surxay Musayev Klinika əməkdaşlarını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, Allah-taaladan onların ibadətlərinin və dualarının qəbul olunmasını diləyib.

S.Musayev eyni zamanda bu yaxınlarda yubileylərini qeyd edən professorlar Cəbrayıl Məmmədov və Paşa Mehdiyevi təbrik edib, onlara can sağlığı və işlərində müvəfəqiyyətlər arzulayıb.

Daha sonra baş həkim, dosent Ramin Bayramlı Klinikanın 2016-cı ilin I yarımili ərzində müalicə-diaqnostik fəaliyyətlə bağlı hesabatı şura üzvlərinin diqqətinə çatdırıb .

R. Bayramlı cari ilin yanvar-iyun aylarının müqayisəli diaqramını diqqətə çatdıraraq qeyd edib ki, bu müddət ərzində xəstə sayının qəbuluna görə ən çox kardiologiya, endokrinologiya, hematologiya şöbələri fərqlənib. Bu da ilk növbədə Klinikamıza olan yüksək etimadın və peşəkar həkim kollektivimizin birgə səyinin nəticəsidir. .

Baş həkim bildirib ki, Klinikada fəaliyyət göstərən ürək-damar mərkəzi ölkəmizdə bütün kardioloji proseduraları həyata keçirən yeganə mərkəzdir.

Hematologiya şöbəsindən danışan baş həkim qeyd edib ki, bu şöbə universitetimizin tarixində ilk dəfə olaraq Klinikamızda yaradılıb.

Bu şöbə bu ildən etibarən təhsil üçün rezidentlərin qəbuluna başlayıb və yüksək səviyyədə onların hazırlanması prosesini davam etdirir.

Reanimasiya və İntensiv terapiya şöbəsinin bu yarım il ərzində çox ağır xəstələr qəbul etdiyini söyləyən baş həkim bildirib ki, bura daxil olan xəstələr peşəkar həkimlərin səyi nəticəsində sağlamlıqlarına qovuşublar və bu barədə də ölkə mətbuatında informasiyalar dərc olunub.

Daha sonra baş həkim Klinikanın əməkdaşlarının il boyu beynəlxalq konfranslarda və simpoziumlarda iştirak etdiyini də deyib.

ATU Rezidentlərinin 4-cü Elmi-təcrübi Konfransının (ATUREK) yüksək səviyyədə keçirilməsi və onların istər poster sayına, istərsə də elmi işlərinin keyfiyyətinə görə seçilməsindən hər kəs xəbərdardır. Onlar bu işi peşəkar səviyyədə həyata keçirdiklərinə görə Universitet rəhbərliyi tərəfindən yüksək şəkildə qarşılandı və təqdir olundu.

Baş həkim onu da qeyd edib ki, Klinika rəhbərliyi daima həkimləri və tibb bacılarını müxtəlif yerlərə təcrübə keçmələri üçün göndərir. Bu da o səbəbdəndir ki, şöbələrimizdə günü-gündən xidmət sahələrimiz zənginləşir və mütəxəssislərimizin ən son yeniliklərdən xəbərdar olması da bizim əsas prioritet məsələlərimizdən biridir.

İclası yekun sözü ilə bitirən S. Musayev qeyd edib ki, 2016-cı ilin yanvar-iyun ayları ərzində professor-müəllim heyəti çox yüksək səviyyədə öz işlərini həyata keçiriblər.

Kliinikanın bu günə qədər ən ağır vəziyyətdə olan xəstələri qəbul etdiyini vurğulayan direktor bildirib ki, hətta ən ucqar rayonlardan belə bizə etimad göstərib gələn yetərincə insanlar var və həkimlərimiz də çalışır ki, bu insanların Klinikaya olan inamlarını doğrultsunlar və onları tam sağlam şəkildə öz isti ocaqlarına göndərsinlər. Bu bizim 6 il ərzində qazandığımız imicdir və burda çalışan hər kəsin bu missiyanı qorumaq onların üzərinə düşən əsas vəzifələrdən biridir.

S. Musayev Səhiyyə nazirliyinin 65 saylı əmrinə də xüsusi diqqət çəkərək bildirib ki, artıq bu ildən etibarən Klinikada da Hepatit (B, C) və QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) ilə bağlı analizlərin mütləq həyata keçirilməsinə başlanılacaq. Bu istiqamətdə də çox ciddi şəkildə işlər görülür və sadə üsulla bu infeksiyaların olub-olmadığı Klinikaya daxil olan hər kəsdə yoxlanılacaq.

İclas işini cari məslələrin müzakirəsi ilə yekunlaşdırıb.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.