az | ru | en
Медицинские услуги
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Результаты лабораторных анализов
Наши врачи
Вопросы и ответы
Запись к врачу
Новости
02.11.2016
Trans-telefon EKQ sisteminin əməli fəaliyyəti ilk dəfə Klinikamızda həyata keçirilib - FOTOLAR

Azərbaycanda ilk dəfə tətbiq olunan trans-telefon EKQ sisteminin əməli fəaliyyəti Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında həyata keçirilib. Bu haqda Tədris Terapevtik Klinikanın kardioloqu Fərid Əliyev məlumat verib.

Fərid Əliyev sistemin əsas xüsusiyyətləri barədə danışıb və bildirib ki, bu, normal EKQ sistemi olmaqla, onun xəstənin üzərində daşına bilinən funksiyası vardır:

“Sistem mobil telefon vasitəsilə idarə olunur. Xəstənin harada olmasından asılı olmayaraq GSM xətti üzərindən işləyir. Həkim istədiyi zaman xəstəylə bağlantı quraraq (internetin və telefonların işlədiyi yerdə əsasən) xəstədə olan şikayətləri izləyə bilir. Xəstənin hər hansı şikayəti olduğu halda bir düyməyə basmaqla kardioqrama qeydlərini aparır. Bu sistem əsasən nadir şikayətləri olan (3-4 ayda bir) və riskli xəstələr üçün istifadə olunur”.

Cihazın əsas özəlliklərini vurğulayan həkim bu cihazın mobil şəbəkənin olmadığı yerlərdə xəstəylə bağlı şikayətləri qeyd etdiyini və mobil şəbəkəyə keçildiyi andan etibarən lazım olan məlumatları birbaşa mərkəzə ötürüldüyünü də bildirib.

Fərid Əliyev onu da qeyd edib ki, bu sistem sayəsində xəstədəki ürək ritminin 24 saatlıq nəzarəti uzun müddətli (aylıq) aparılır.

 

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.