az | ru | en
Медицинские услуги
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Результаты лабораторных анализов
Наши врачи
Вопросы и ответы
Запись к врачу
Новости
02.05.2019
Tədris Terapevtik Klinikada “Kartegener sindromu” olan xəstənin təhlili aparılıb

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında xəstə təhlili ilə bağlı növbəti müzakirə aparılıb.

Əvvəlcə pediatr həkim Adilə Çervik- Bülənd “Kartegener sindromu” barədə qısa məlumat verərək bildirib ki, bu bir irsi xəstəlikdir və daim həkim nəzarətində olmalıdır. Bu xəstəliyin yaranma tarixindən də danışan A. Büləndin sözlərinə görə .hələ 1933- cü ildə Şvesariya alimi Kartegener haqqında yazmış və bundan sonra müxtəlif alimlər bu xəstəlik barədə fikir söyləməyə başlamışlar.  

Sonra 16 yaşlı xəstə üzərində aparılan klinik təhlili diqqətə çatdırıb. Həkim bildirib ki, xəstədə 1 yaşından etibarən tez-tez yüksək hərarət fonunda respirator infeksiyalar, rinoreya, bronxoreya müşahidə olunub.Dəfələrlə müxtəlik klinikalarda müalicələr alıb.

9 yaşınadək diaqnoz qoyulmamışdır. Diaqnoz ilk dəfə 2012-ci ildə Tədris Terapevtik Klinikada qoyulmuşdur və o vaxtdan etibarən nəzarətdədir. Xəstə 2015-ci ildə sağ ağciyərin orta payının bronxektaziyası diaqnozu ilə əməliyyat olunmuşdur. Lakin ondan sonra da yeni bronxektazlar yaranmışdır.2016-ci ildə Septoplastika və tonzilektomiya əməliyatı olunsa da, paranazal sinusit səbəbiylə burundan daima ifrazat gəlir. Xəstənin situs inversusu var. 22.04.2019 tarixli döş qəfəsi rentgenoqrafiyasının nəticəsi: Bronxektaziya.Soltərəfli postop ağciyər. Situs visserum inversus universalis.

Adı çəkilən xəstəliyin əlamətlərindən daışan həkim-rezident Lalə Qurbanova bildirdi ki, Kartagener sindromu,əsasən,triada şəklində özünü büruzə verir: 1) Xronik paranazal sinusit – burunətrafı cibləri iltihabı; 2) Bronxektaziya ; 3) Situs inversus – orqanların əks tərəfdə yerləşməsi. Situs inversus , bəzən, sadəcə dekstrakardiya şəklində (ürəyin sağda yerləşməsi) ola bilər. Əgər situs inversus olmazsa, buna Hərəkətsiz kirpikcik sindromu deyilir.

L. Qurbanova eyni zamanda xəstəyə tətbiq olunan müayinə və müalicə üsulları haqqında da məlumat verib, mövzuyla bağlı sualları cavablandırıb.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.