az | ru | en
Tibbi Xidmətlər
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
04.11.2021
Azərbaycan Tibb Universiteti Tədris Terapevtik Klinikasında Tibbi Şuranın növbəti iclası keçirilib
 
İclası açan Tədris Terapevtik Klinikasının direktoru, əməkdar elm xadimi, professor Surxay Musayev toplantı iştirakçılarını və klinika kollektivini qarşıdan gələn “Zəfər” bayramı münasibətilə təbrik edərək, hamıya uğurlar, möhkəm can sağlığı, ölkəmizə, müllətimizə əmin-amanlıq arzuladı.
Qeyd olundu ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli ordumuzun qəhrəmanlığı nəticəsində 30 illik işğala 44 gün ərzində son qoyuldu. Artıq həmin ərazilərdə minalardan təmizlənmə ilə yanaşı böyük tikinti quraşdırma işləri həyata keçirilir. Bu günlərdə Azərbaycan və Türkiyə Respublikası Prezidentlərinin iştirakı ilə Füzuli Beynəlxalq hava limanının açılışı, ağıllı kənd, ağıllı şəhər layihələrinin həyata keçirilməsi, yolların çəkilməsi bunun bariz nümunəsidir.
Qeyd olundu ki, Zəfər bayramı münasibəti ilə Klinikada Müharibə veteranları, Qazi və Şəhid ailələri üçün pulsuz müayinə aksiyası keçiriləcək və arzu edən əməkdaşlar bu aksiyada iştirak etməyə dəvət olundular.
Daha sonra gündəliyə uyğun olaraq Klinikanın müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyeva oktyabr ayında müalicə işlərinin yekunları haqqında məlumat verərək ambulator-poliklinik qəbulda müəyyən irəliləyişlər olsa da, hələlik stasionar xəstə qəbulunun qənaətbəxş səviyyədə olmadığını vurğuladı. Eyni zamanda rezidentlərin fəaliyyəti, xüsusilə də gecə növbələrinə cəlb edilməsi işində müəyyən problemlər olduğu qeyd olundu. O, gündüz stasionarında yatan xəstələrin xəstəlik tarixlərinin yazılması ilə əlaqədar problemlərə də toxundu.
Toplantıda dos. Könül Məmmədyarova, dosent Səbinə Məşədiyeva, assistent Şərəf Hüseynova, Efferent Terapiya Mərkəzinin rəhbəri Elgün Həziyev, Laboratoriya müdiri İskəndər Karaltı, tibb bacısı Rubella Hüseynova, İT üzrə mühəndis İsmayıl Cəfərov çıxış edərək görülən işlərdən danışdılar. Toplantının sonunda müvafiq şöbələrə və bölmələrə tapşırıqlar verildi.
Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.