az | ru | en
Tibbi Xidmətlər
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
13.11.2021
Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) nümayəndələri Tədris Terapevtik Klinikasında olublar
 
Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) ölkəmizdəki direktoru Qven Börçellin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında olub.
Beynəlxalq təşkilatın rəhbərini qəbul edən Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev müəssisənin yaranması və fəaliyyəti haqqında qonağa geniş məlumat verib.
ATU-nun terapevtik yönümlü kafedralarının bu klinikada cəmləndiyini bildirən S.Musayev pandemiya və Vətən müharibəsi dönəmində klinika əməkdaşlarının fədakarlığı haqqında danışıb. Gələcək planlar və gözlənilən yeniliklərdən söz açan klinika rəhbəri bunlar sırasında sümük iliyi transplantasiyasının həyata keçirilməsi ilə bağlı planları da xüsusilə vurğulayıb.
Görüş çərçivəsində ATU-nun Tədris Terapevtik Klinikasının bazasında yerləşən kafedra və şöbələrin əməkdaşları, rezidentlər və yuxarı kurs tələbələri üçün UAFA-nın fəaliyyəti və əməkdaşlıq istiqamətləri barədə məlumat xarakterli seminar təşkil olunub.
UAFA-nın rəhbəri Qven Börçell isə öz növbəsində rəhbərlik etdiyi təşkilatın məqsəd və məramını açıqlayıb. Qeyd edib ki, 1998-ci ildə yaradılan təşkilatın əsas məqsədi Azərbaycanda səhiyyəyə, xüsusilə azyaşlı uşaqlara və təhsilə xüsusi diqqət ayırmaqla həyat səviyyəsinin davamlı inkişafına kömək etməkdir. Onun sözlərinə görə, bu 23 il ərzində UAFA həm Azərbaycan daxilində, xüsusən də əlilliyi olan uşaqların sağlamlıq və təhsil məsələlərinə diqqət yetirən ciddi bir qurum kimi formalaşıb. Bu baxımdan, tibbi və sosial köməyə ehtiyacı olan əlil uşaqlara yardım məqsədilə reallaşdırılan layihələr xüsusi önəm daşıyır. Təklif və rəylərini klinika rəhbəri ilə bölüşən xanım Qven Börçell bildirib ki, UAFA-nın “Uşaqlıq dövründə təhsil və sosial inkişaf üzrə baza kursu”nun (CHED) ATU-nun Tədris Terapevtik Klinikasının bazasında aparılması və tədrisə inteqrasiyası məqsədəuyğun ola bilərdi.
Daha sonra CHED kursunun meneceri Ülviyyə Mirzəyeva layihə haqqında ətraflı məlumat verib. 2018- ci ildən bu təşkilatın tərkibində fəaliyyətə başlayan CHED kursunun əsas məqsədi, prinsipi, potensial imkanları barədə söz açan Ü.Mirzəyeva vurğulayıb ki, kursda ali təhsilli fizioterapist, loqoped və digər mütəxəssislərə həm praktiki bacarıqlar, həm də nəzəri biliklər tədris edilir.
Sonda CHED kursunun ATU-nun Tədris Terapevtik Klinikasının bazasında yaradılması, bu kurslara gənc həkimlərin, rezidentlərin cəlb edilməsi və tədris proqramlarına inteqrasiya prespektivləri ilə bağlı müzakirələr aparılıb.
Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.