az | ru | en
Tibbi Xidmətlər
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
17.11.2021
ATU-nun Tədris Terapevtik Klinikasında "Kiçik çanaqda maye" mövzusunda seminar keçirilib
 
Bu gün ATU Tədris Terapevtik Klinikasının müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyevanın və  həkim-rezidentlərinin iştirakı ilə “Kiçik çanaqda maye” mövzusunda seminar keçirilib.
Seminarda çıxış edən klinikanın həkim-endokrinoloqu, tibb üzrə fəlsəfə doktoru, dosent Məşədiyeva-Bayramova Səbinə xəstəlik və müasir müalicə metodları haqqında ətraflı məlumat verib. Qeyd edib ki, kiçik çanaqda maye-gizli hipotireozun maskalarından biridir.
 
"Hipotireoz – tiroksinin çatmazlığı ilə gedən və sonraki dövrlərdə triyodtironinin orqanizmin hüceyrələrində təsirinin azalması ilə səciyyələnən kliniki sindromdur. Bunlar metabolik proseslərin total ləngiməsinə və fibronektin ilə birgə hidrofil qlikozaminqlikanların dərialtı piy təbəqəsində, əzələlərdə, başqa toxumalarda çökməsi nəticəsində interstisial ödemin əmələ gəlməsinə gətirib çıxarır.
Hipotireoz, qalxanvari vəzin funksiyasının azalması, əslində geniş yayılmış xəstəliklərdən biridir. Amma çox vaxt müxtəlif ixtisaslı həkimlər onun maskalanmış formalarına rast gəlirlər. Xəstəliyin subklinik forması tez-tez diaqnostikadan yayınır və yaxud təsadüfən ümumi müayinələr zamanı aşkarlanır. Xəstəliyin manifest forması da hərdən zəif klinik simptomlara malik olur və o forma da gec aşkarlana bilər. Bəzi hallarda isə hipotireozun simptomları başqa xəstəliklərin simptomları ilə çox oxşar olur. Bütün bunlar xəstəliyin aşkarlanmasında əlavə çətinliklər yaradır.
Subklinik hipotireoz zamanı tipik simptomlar olmur. Bəzi hallarda əhval-ruhiyyənin düşkün olması, depressiya, ümumi xolesterinin, aşağı sıxlıqlı lipoproteidlərin səviyyəsinin artması müşahidə edilir. Manifest formada xəstəliyin klinik əlamətləri daha parlaq olur. Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq mübadilə-hipotermik sindromu, miksedematoz ödemi, sinir, ürək-damar, ifrazat, dayaq-hərəkət, həzm sistemlərinin zədələnmələrini qeyd etmək olar. Ayrıca əlbətdə anemik sindromu, hiperprolaktinemik hipoqonadizmi, ektodermal pozğunluqları qeyd etmək vacibdir. Xəstəliyin orta ağırlıq gedişatı zamanı və ağır formalarında perikardda və plevral boşluqlarda maye toplanmasına, poliserozitlərə, assitə rast gəlmək olar. Hipotireozun ağır fəsadlarına ürək çatışmazlığı, ağır depressiya, ürək komasına gətirən ürək vurğularının azalması, hipotireoid koma, Alsheymer xəstəliyi aiddirlər".
 
Sonda klinikanın digər həkim-rezidentlərilə birgə mövzu ətrafında geniş müzakirələr oldu və seminar başa çatdı.
Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.