az | ru | en
Tibbi Xidmətlər
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
25.11.2021
ATU-nun Tədris Terapevtik Klinikasında "Hipopituitarizm, Panhipopituitarizm" mövzusunda seminar keçirilib
 
Bu gün ATU Tədris Terapevtik Klinikasının müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyevanın və həkim-rezidentlərinin iştirakı ilə “Hipopituitarizm, Panhipopituitarizm” mövzusunda seminar keçirilib.
Seminarda çıxış edən klinikanın endokrinologiya şöbəsinin rezidenti İlkanə Məmmədli xəstəlik və müasir müalicə metodları haqqında ətraflı məlumat verib.
 
Qeyd edək ki, hipopituitarizm (hipofiz vəzi çatışmazlığı) - hipofiz vəzinin ifraz etdiyi hormonların bir və ya bir neçəsinin yetərsiz miqdarda ifrazı nəticəsində yaranan kliniki sindromdur. Bir və ya bir neçəsinin çatışmazlığı hissəvi hipopituitarizm, bütün hormonların çatışmazlığı isə panhipopituitarizm adlanır.
 
Sonda klinikanın digər həkim-rezidentlərilə birgə mövzu ətrafında geniş müzakirələr aparılıb və seminara yekun vurulub.
Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.