az | ru | en
Tibbi Xidmətlər
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
15.12.2021
ATU-nun Tədris Terapevtik Klinikasında "Kraniofaringomadan sonra yaranan panhipopitiutarizm" mövzusunda seminar keçirilib

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyevanın və həkim-rezidentlərinin iştirakı ilə “Kraniofaringomadan sonra yaranan panhipopitiutarizm” mövzusunda seminar keçirilib.

Seminarda çıxış edən klinikanın endokrinologiya şöbəsinin həkim-rezidenti Güləliyeva Lalə xəstəlik və müasir müalicə metodları haqqında ətraflı məlumat verib.

Bildirib ki, kraniofaringoma hipofiz vəzinin ratke kisəsi qalıqlarından yaranan nadir rast gəlinən törəməsidir: "Rastgəlmə tezliyi ildə 1-2/1 milyondur. Daha çox 5-15 və 50 yaşlarında rast gəlinir. Uşaqlarda rast gəlinən beyin törəmələrinin 9%, böyüklərdə 1%-i təşkil edir".

Onun sözlərinə görə, hipofiz hormonlarının sintezinin azalmasına bağlı olaraq uşaqlarda özünü daha çox boy inkişafının geri qalması ilə göstərir. Yetkin yaşlı şəxslərdə halsızlıq, yorğunluq, dəri quruluğu, soyuğa dözümsüzlük, qəbizlik, impotensiya, libidonun azalması, qadınlarda amenoreya (aybaşının olmaması) və s. kimi müxtəlif əlamətlər verə bilər.

"Törəmənin etdiyi təzyiqə bağlı olaraq baş ağrıları, ürəkbulanma, qusma, görmə sinirinə etdiyi təzyiqə bağlı olaraq isə görmənin pozulması kimi əlamətlər yarana bilər", - deyə o, bildirib.

Sonda klinikanın digər həkim-rezidentlərilə birgə mövu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.