az | ru | en
Tibbi Xidmətlər
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
16.12.2021
ATU-nun Tədris Terapevtik Klinikasında "Revmatoid artritdə metotreksat müalicəsi" mövzusunda seminar keçirilib

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayevin, müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyevanın və həkim-rezidentlərinin iştirakı ilə “Revmatoid artritdə metotreksat müalicəsi” mövzusunda seminar keçirilib.

Seminarda çıxış edən klinikanın revmatologiya şöbəsinin həkim-rezidenti Elvin Ağayev xəstəlik və müasir müalicə metodları haqqında ətraflı məlumat verib.

Bildirib ki, revmatoid artrit etiologiyası məlum olmayan, oynaqlarda sinovial hüceyrə proliferasiyası və oynaqların zədələnməsi ilə xarakterizə olunan xroniki, autoimmun, sistemik bir xəstəlikdir.

Onun sözlərinə görə, proqressiv gedişi ilə bağlı olaraq müalicəsində erkən dövrdən etibarən, anti-iltihabi təsirə malik xəstəliyi modifiyə edən anti-revmatik dərmanlar yer alır: "Ən çox istifadə edilən metotreksatdır. Metotreksat müalicəsinin effektivliyi və təhlükəsizliyində fol və folin turşusu əlavəsinin önəmli rolu var. Müalicəsi bəzi əlavə təsirlərə səbəb ola bilər. Qastrointestinal problemlər olaraq ən çox bulantı, qusma, mədə rahatsızlığı, ishal və transaminazaların artması kimi əlamətlərə rast gəlinir. Ağciyər və hematoloji toksikliklər nadir görülür. Metotreksat aşırı dozası pansitopeniya, mukozit, böyrək çatışmazlığı, mədə-bağırsaq sistemi zəhərlənməsi, alopesiya, baş ağrısı və qızdırma kimi hallarla müşayiət olunur".

E.Ağayev qeyd edib ki, metotreksat verilən revmatoid artrit xəstələrində müntəzəm olaraq ümumi qan analizi, qaraciyər transaminazaları və serum kreatinini yoxlanmalıdır.

Sonda klinikanın professorları və həkim-rezidentlərilə birgə mövu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.