az | ru | en
Tibbi Xidmətlər
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
13.01.2022
ATU-nun Tədris Terapevtik Klinikasında "Böyrək transplantasiyasından sonrakı xəstələrdə Covid-19 klinik təhlili" mövzusunda seminar keçirilib

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyevanın və həkim-rezidentlərinin iştirakı ilə “Böyrək transplantasiyasından sonrakı xəstələrdə Covid-19 klinik təhlili” mövzusunda seminar keçirilib.

Seminarda çıxış edən klinikanın nefrologiya şöbəsinin həkim-rezidenti Nağızadə Ülviyyə böyrək transplantasiyasından sonra covid-19 keçirmiş xəstə və müalicə metodları haqqında ətraflı məlumat verib.

Bildirib ki, 2020-ci ildə böyrək transplantasiyası əməliyyatı icra olunmuş xəstə 19.11.2021-ci il tarixində halsızlıq, boğulma, sidik ifrazının azalması şikayətləri ilə xəstəxanaya daxil olub. Aparılan müayinələr nəticəsində agciyərlərdə 90% buzlu şüşə və eyni zamanda oliqouriya müşahidə olunub: "Qanda kreatinin 325 mg/dl idi. Xəstəyə antiviral müalicə başlandıqdan sonra, ambulator şəraitdə aldığı immunsupressiv müalicə ilk 3 gün müddətində dayandırılmış, lakin sonrakı müayinə və müalicələrə əsasən immunsupressiv dərman terapiyası davam etdirilmişdir. 3 həftəyə yaxın müalicə aparılmış və xəstədə aparılan müalicə fonunda xəstənin sidik ifrazı tam bərpa olunmuş ,qanda kreatinin 220 mg/dl olmuşdur".

Onun sözlərinə görə xəstədə ilkin olaraq kəskin böyrək zədələnməsi diaqnozu müəyyənləşdirilib.

"Aparılan müalicə fonunda böyrək dəyərləri, sidik ifrazı bərpa olunmuş və bazis immunsupressiv terapiyası ilə nefroloq nəzarəti altında xəstə evə yazılmışdır"-deyə o, bildirib.

Sonda klinikanın digər həkim-rezidentlərilə birgə mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.