az | ru | en
Tibbi Xidmətlər
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
14.01.2022
ATU-nun Tədris Terapevtik Klinikasında "Nevroloji müayinə" mövzusunda seminar keçirilib

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyevanın və həkim-rezidentlərinin iştirakı ilə “Nevroloji müayinə” mövzusunda seminar keçirilib.

Seminarda çıxış edən klinikanın nevrologiya şöbəsinin həkim-rezidenti Mirzəyeva Turan nevroloji müayinənin metodları haqqında ətraflı məlumat verib.

Həkim bildirib ki, nevroloji müayinə ilk olaraq anamnezin toplanmasından başlayır. Düzgün götürülən anamnez diaqnozun qoyulmasında mühüm əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, daha sonra ardıcıl olaraq ali beyin fəaliyyətinin qiymətləndirilməsi, kəllə beyin sinirlərinin müayinəsi, hərəki sistem, reflekslər, serebellar müayinələr, vegetativ sinir sisteminin müayinəsi, meningeal simptomlar qiymətləndirilir: "Nevroloji müayinənin sırası xəstələrin xüsusiyyətlərinə və müayinə edən həkimin vərdişlərinə görə dəyişə bilər. Amma ardıcıllığın necə olmasından asılı olmayaraq əlamətlərin müəyyən bir sxem şəklində qeyd edilməsi vacibdir. Beləliklə, həm müayinənin nəticələrini oxuyan başqa bir həkim xəstəni asanlıqla qiymətləndirə bilir, həm də müayinənin qüsursuz şəkildə aparılması mümkün olur".

T.Mirzəyeva qeyd edib ki, nevroloji müayinə zamanı doğru anamnez, dəqiq nevroloji status götürülməklə, digər uyğun laborator və müayinələrə əsasən diaqnoz qoyulur.

Sonda klinikanın həkim-rezidentlərilə birgə mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.