az | ru | en
Tibbi Xidmətlər
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
02.05.2022
Qazaxıstan universitetinin nümayəndə heyəti ATU-da qonaq olub

Azərbaycan Tibb Universiteti Cənubi Qazaxıstan Tibb Akademiyasından nümayəndə heyətini qəbul edib. Qazaxıstanın Çimkənt şəhərində yerləşən bu universitetin II Daxili xəstəliklər kafedrasının müdiri, professor Güljan Nurbekovna Dosıbayeva və həmin kafedranın assistenti Aliyə Kadırcanovna Botabekova ATU-da qonaq olublar.

Qonaqlar əvvəlcə ATU-nun Tədris-Terapevtik Klinikasını ziyarət ediblər, müəssisənin müxtəlif şöbələri ilə tanış olublar. Klinikanın direktoru, ə.e.x., prof. Surxay Musayev nümayəndə heyətinə klinikanın strukturu, iş prosesi, tədris və müalicə işlərinin təşkili haqqında geniş məlumat verib. Qonaqlar ATU-nun I Daxili xəstəliklər kafedrasının müdiri, professor Vəsadət Əzizov və Hematologiya şöbəsinin müdiri, Dr. Şəhla Şabanova ilə də görüşüblər.

Qazaxıstandan olan nümayəndə heyətini ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov qəbul edib. Görüşdə ATU ilə Cənubi Qazaxıstan Tibb Akademiyası arasında təhsil və elm sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. Görüşdə ATU Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, Beynəlxalq əlaqələr şöbəsinin müdirinin müavini Nigar Ələkbərova, ATU-nun Ailə təbabəti kafedrası müdiri vəzifəsini müvəqqəti icra edən Dr. İlahə Rəsul iştirak ediblər.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.