Ulu öndər Heydər Əliyevin anadan olmasından 99 il ötür.
10 may 1923-cü il tarixində Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycan Respublikasının qurucusu Heydər Əlirza oğlu Əliyev anadan olub.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri, ölkəmizin müstəqilliyinin qorunub, möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında misilsiz fəaliyyəti xalqımız tərəfindən daim fəxr hissi ilə qeyd olunaraq, əziz xatirəsi böyük məhəbbətlə, ehtiramla yad edilir. Bu gün Heydər Əliyev aramızda olmasa da, onun xatirəsi qəlbimizdə daim yaşayacaqdır. |