az | ru | en
Tibbi Xidmətlər
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
13.05.2022
ATU-nun Tədris Terapevtik Klinikasında Tibbi Şuranın iclası keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Tibbi Şuranın növbəti toplantısı keçirilib. Toplantıda klinikanın aprel və may ayları üçün fəaliyyəti qiymətləndirilib və qarşıdakı dövr üçün vəzifələri müzakirə olunub.

Yığıncaqda giriş sözü ilə çıxış edən klinikanın direktoru, professor Surxay Musayev keçirilən fakültə elmi şuralarda yeni seçilmiş kafedra müdirlərini, professorlar Nailə Sultanovanı, Aytən Məmmədbəylini, Vəsadət Əzizovu, dosent Paşa Mehdiyevi klinika kollektivi adından təbrik edərək onlara gələcək işlərində uğurlar arzulayıb. O, həmçinin Klinikanın Uşaq pulmonologiya, allerqologiya və endokrinologiya şöbəsinin müdiri, dosent Gündüz Əhmədovu tibb elmlər doktoru adı alması münasibətilə təbrik edib, ona işlərində yeni-yeni uğurlar arzulayıb.

Toplantıda çıxış edən klinikanın müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyeva klinikanın aprel, may aylarına olan hesabatı ilə çıxış edib. O, həmçinin bu aylar ərzində ambulator və stasionar xəstə qəbulu, müəssisənin tibbi fəaliyyəti və mövcud çətinliklər barədə də ətraflı məlumat verib.

Məruzə ətrafında professor Amaliya Eyyubova, professor Sahib Musayev, professor Adil Baxşaliyev, assistent Şərəf Hüseynova çıxış edərək klinika fəaliyyətinin yaxşılaşdırılması və təkmilləşdirilməsi istiqamətində təkliflərini veriblər.

Məruzə və çıxışlar dinlənildikdən sonra prof. S.N.Musayev klinikanın cari məsələləri, mövcud olan problemlər haqqında danışıb və onların həlli istiqamətində ciddi addımların atılmalı olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, klinikada müasir avadanlıqlar və laboratoriya olmasına baxmayaraq bəzi həkimlər xəstələri müayinə olunmaları üçün başqa tibb müəssisələrinə yönləndirir. Həmçinin, xəstələrin klinikaya qeydiyyatsız daxil olmaq istəməsinə bəzi həkimlər şərait yaradır. Bu kimi neqativ halların aradan qaldırılmalı olduğunu vurğulayan professor belə nöqsanlara yol verən əməkdaşların qanunla cəzalandırılacağını diqqətə çatdırıb.

Toplantının sonunda bir sıra cari məsələlər müzakirə olundu, bəzilərinin həlli ilə bağlı müvafiq tapşırıqlar verildi.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.