az | ru | en
Tibbi Xidmətlər
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
09.06.2022
ATU-nun Tədris Terapevtik Klinikasında növbəti ənənəvi seminar keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyeva, klinikanın həkimləri və rezidentlərin iştirakı ilə “Kriteriya nədir” və "ANCA assosiasiyali 2022 ACR/EULAR krteriyalar" mövzusunda seminar keçirilib.

İlk öncə çıxış edən professor Fərhad Talıbov kriteriya, klasifikasion və diaqnostik kriteriyaların önəmi və revmatologiyada istifadəsi haqqında ətraflı məlumat verib.

Qeyd edib ki, əvvəllər xəstəlik əlamətlərlə qiymətləndirilirdisə sonralar kriteriya ilə qiymətləndirilməyə başlanıldı. Diaqnostik kriteriyalar rutin praktikada praktik həkimlər üçün, klassifikasiya kriteriyalar isə elmi tədqiqatların istifadəsində nəzərdə tutulub.

Daha sonra klinikanın revmatologiya şöbəsinin həkim-rezidenti Nigar Şahpələngi "ANCA assosiasiyalı 2022 ACR/EULAR kriteriyaları" mövzusunda çıxış edərək xəstəlik haqqıda ətraflı məlumat verib.

Həkim qeyd edib ki, vaskulit qan damarının iltihabi xəstəliyidir. Onun sözlərinə görə, vaskulitdə bu əlamətlər olduqda şübhə etməliyik: "Multisistem əlamətlər olduqda, səbəbi bilinməyən hərarət, açıqlana bilinməyən konstitusional əlamətlər, işemik əlamətlər, xüsusən də gənclərdə, şübhəli dəri səpgiləri, pulmonar renal sindromlar, infarkt və insult kimi sürətlə irəliləyən orqan disfunksiyası kimi əlamətlər olduqda xəstəliyə şübhə etməliyik. Onkologiya və infeksiya isə inkar olunmalıdır".

Yeni kriteriyalar haqqında məlumat verən həkim ANCA analizindən nə zaman istifadə edilməli olduğundan da danışıb. Bildirib ki, qlomerulonefrit xəstədə, xüsusilə proqressivləşən, qan hayxıması olan xəstə, dəri vaskuliti və sistem əlamətləri olan, yuxarı tənəffüs yolunun xronik, destruktiv xəstəlikləri, çox saylı mononevrit olduğunda ANCA analizindən istifadə edilməlidir. Bu günə qədər ANCA əlaqəli vaskulitlərə əlamətlərlə diaqnoz qoyulurdu. 2022-ci il kriteriyalarına baxsaq artıq bal sistemi ilə qiymətləndirilir.

Seminarın sonunda klinikanın həkim-rezidentlərilə birgə mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.