Ümumilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.
Yorulmadan, fədakarlıqla insanların sağlamlığı üçün mübarizə aparan tibb işçilərimiz ən böyük hörmətə layiqdirlər.
ATU Tədris Terapevtik Klinikasının kollektivi başda olmaqla, hər zaman bizim sağlamlığımızın keşiyində duran bütün tibb işçilərini peşə bayramı münasibətilə təbrik edirik! Sizlərə can sağlığı, uzun ömür və işlərinizdə yeni uğurlar arzulayırıq.
#atuttk #sehiyyegunu #17iyun #tibbiscileri |