az | ru | en
Tibbi Xidmətlər
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
17.06.2022
ATU-nun Tədris Terapevtik Klinikasında Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.

Klinikanın direktoru, professor Surxay Musayev çıxış edərək, rəhbərlik etdiyi tibb müəssisəsinin əməkdaşlarının timsalında bütün tibb işçilərini əlamətdar gün münasibətilə təbrik edib, onlara cansağlığı və tutduqları bu şərəfli yolda yeni-yeni uğurlar arzulayıb.

Tibb işçilərinin peşə bayramı gününün tarixindən və əhəmiyyətindən danışan professor, bu günün yaranması haqqında ətraflı məlumat verib. Bildirib ki, 1918-ci il 17 iyun tarixində ilk dəfə olaraq Səhiyyə Nazirliyi təsis olundu. Bunu əsas götürərək Ümumilli lider Heydər Əliyev 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Profesor S.Musayev səhiyyənin inkişafından, eləcə də prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın ölkəmizdə səhiyyəyə ayırdığı diqqət və qayğısından da danışıb. Qeyd edib ki, son 15 ildə Azərbaycan Tibb Universitetində 4 böyük klinikanın- Onkoloji, Stamotoloji, Tədris Terapevtik və Tədris Cərrahiyyə klinikalarının yaradılması da buna bariz nümunədir. Həmçinin ölkədə yeni tibb ocaqlarının yaradılması, köhnələrinin əsaslı təmir olunması da səhiyyəyə göstərilən qayğının nəticəsidir.

Daha sonra klinika əməkdaşlarına Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli və Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev tərəfindən imzalanmış fəxri fərman və təşəkkürnamələr təqdim edilib. Həmçinin ATU rektoru, profesor Gəray Gəraybəylinin də təbrikləri əməkdaşların diqqətinə çatdırılıb.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.